Gilası ehtiyatla yeyin…

post-img

Həzm sisteminin iltihabi xəstəlikləri olan insanlara gilas yemək olmaz. Gilas mədə-bağırsaq sistemində səpkini, yaranı, xoranı daha da kəskinləşdirir. Qastroenteroloqların fikrincə, bu giləmeyvə, xüsusən, onikibarmaq, nazik bağırsaq xəstəlikləri, həmçinin disbakterioz və xroniki xəstəliklərin kəskinləşməsi prosesində təhlükəlidir.

Şəkərli diabet xəstələri də gilas qəbul edərkən ehtiyatlı olmalı, az miqdarda qəbul etməlidirlər. Onların pəhrizində giləmeyvə yal­nız desert kimi olmalıdır .

Bundan başqa, artıq çəkisi, maddələr mü­badiləsi pozğunluğu olan insanlar üçün də gi­las təhlükəli ola bilər.

Təbii şəkərlərlə doyma ilə yanaşı, şirin gi­las liflə zəngindir. Əhəmiyyətli bir hissəni ye­dikdən sonra mədə-bağırsaq traktında poz­ğunluqları olan insanlar özlərini daha pis hiss edə bilərlər. Belə ki, həmin insanlarda mədə turşuluğu artır. Bununla yanaşı, qıcqırma baş­laya bilər, allergik reaksiyalar özünü göstərər.

Gilas karbohidratdır. Gündüzlər qəlyanaltı və ya şam yeməyi kimi, əsas yeməkdə isə de­sert kimi yeyilməlidir. 

Mütəxəssis həkimlərin fikrincə, axşam saat 19:00-dan sonra gilas, albalı (şirin gilas) yemək tövsiyə edilmir.

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Səhiyyə