Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti

post-img

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Turizm və Menecment Universite­ti 2023-cü il mayın 26-da “İdarəetmədə multikultural dəyərlər” mövzusunda V Beynəlxalq Elmi-Praktik konfransı keçirəcəkdir.

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə səmərəli idarəetmənin inkişafı istiqamətində aparılan tədqiqat işləri çərçivəsində idarəetmənin mükəmməl modelinə nail ol­maq, elmi tədqiqatların tətbiqi mexanizmini hazırlamaq, müxtəlif sahələrin idarə edilməsinin əsas mexanizmlərinin dövlətçiliyin inkişafına xidmət üsullarını müəyyənləşdirməkdir.

Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcəkdir:

Heydər Əliyev və Azərbaycanda idarəçilik irsi.

Dövlət siyasətində idarəetmənin yeri və rolu.

Beynəlxalq münasibətlərin idarə edilməsində milli dəyərlərin rolu.

Sosial və xidmət sahələrinin idarə edilməsində mövcud problemlər və onların həlli yolları.

Korporativ idarəetmə və biznesin idarə edilməsi.

İdarəetmədə hüquq problemləri.

Konfransda iştirak etmək üçün müəllif haqqında aşağıda göstərilən məlumatların da təşkilat komitəsinə göndərilməsi mütləqdir:

Adı,soyadı,atasının adı
Elmi dərəcəsi
İş yeri, vəzifəsi
Poçt ünvanı (iş və ev)
Telefon, faks ( şəhər kodu göstərilməklə)
Elektron ünvan
Məruzənin mövzusu
İstiqaməti
 

 Məqalələrin tərtib olunma qaydaları:

Mətnin yığılması - A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12 pt, interval 1, Times New Roman. Məqalələr “Microsoft Word” formatında yadda saxlanılmalıdır. Məqalələr 5 səhifədən az ol­mamaqla konfransın keçirildiyi dillərdən hər hansı birində (Azər­baycan, türk, ingilis və rus dillərində) təqdim olunmalıdır. Xülasə (60-80 söz) və açar sözlər (5-8 söz) məqalənin dərc olunduğu dildə və ondan əlavə iki dildə verilməlidir. 

İstifadə edilən ədəbiyyatlara istinadlar kvadrat mötərizədə ədəbiyyatın nömrəsi və səhifəsi göstərilməklə verilir [6,s.109].

Təşkilat komitəsi təqdim edilən məruzələrin seçilib istiqamət­lər üzrə qruplaşdırılaraq proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqrama daxil edilmiş məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviy­yəsi tələblərə uyğun olmayan materiallar məruzə üçün qəbul edilməyəcək.

Konfrans Azərbaycan, türk, ingilis və rus dillərində keçirilə­cəkdir.

Məqalə 2023-cü il mayın 10-dək [email protected] elektron ünvanına göndərilməlidir.

Konfrans haqqında məlumat Azərbaycan Turizm və Me­necment Universitetinin saytında yerləşdirilmişdir. (http:// www.atmu.edu.az)

Əlaqə telefonu- (012) 564-42-33 (daxili:125)

Ünvan- Bakı, Koroğlu Rəhimov küçəsi 822/23.

Email: [email protected]

 

Təşkilat komitəsi

Reklam və elan