Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 83

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 83 Bakı şəhəri, 9 mart 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Reabilitasiya mərkəzləri haqqında Əsasnamənin təsdiq edil­məsi barədə” 2002-ci il 29 may tarix­li 85 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşın­ması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxla­nılması və onların dövriyyəsi ilə əlaqə­dar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydasının təsdiq edilməsi haqqında” 2003-cü il 13 may tarixli 57 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxs­lər üçün məktəbəqədər xüsusi təhsil müəssisələri haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2004-cü il 4 mart tarixli 24 nömrəli, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələ­rin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın təsdiq edilməsi haqqında” 2005-ci il 9 noyabr tarixli 203 nömrəli və “Azərbaycan Respub­likasının Ailə Məcəlləsində dəyişiklik­lərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarla­rında dəyişiklik edilməsi haqqında

“Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublika­sının Səhiyyə Nazirliyi haqqında Əsas­namənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həd­dinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti­nin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 29 may tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 322; 2018, № 10, maddə 2173; 2019, № 7, maddə 1319; 2020, № 10, maddə 1300, № 11, maddə 1415; 2022, № 4, maddə 413; Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2022-ci il 21 de­kabr tarixli 448 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Reabilitasiya mərkəzləri haqqın­da Əsasnamə”nin 1.6-cı və 2.2-ci bənd­lərində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözlə­ri ilə əvəz edilsin.` 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 57 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2003, № 5, maddə 243; 2005, № 6, maddə 536; 2006, № 3, maddə 295, № 10, maddə 1705; 2020, № 11, maddə 1415; 2021, № 10, maddə 1198) ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələ­rin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifa­də edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanun­vericiliklə nəzərdə tutulmuş digər əməliy­yatların həyata keçirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.2-ci, 1.4-cü, 1.5-ci (hər iki hal­da), 1.12-ci, 2.6-cı, 8.9-cu bəndlərdə ismin müvafiq hallarında “İcbari Tibbi Sı­ğorta üzrə Dövlət Agentliyi” sözləri ismin müvafiq hallarında “Tibbi Ərazi Bölmələ­rini İdarəetmə Birliyi” sözləri ilə əvəz edil­sin;

2.2. həmin Qaydaya 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə narkotik vasitələrin, psixotrop maddələrin oğurlanması və itməsi haqqında təqdim olunan növbə­dənkənar məlumat forması”nın adında və “Təqdim etmək qaydası” sütununda “İc­bari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə” sözləri ilə əvəz edilsin. 

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 4 mart tarixli 24 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 191; 2007, № 2, maddə 185; 2008, № 2, maddə 130; 2009, № 10, maddə 857; 2012, № 3, maddə 255; 2017, № 10, maddə 1912; 2018, № 5, maddə 1149, № 11, maddə 2458; 2020, № 10, mad­də 1300; 2021, № 9, maddə 1070; 2022, № 4, maddə 404; Azərbaycan Respub­likası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 Qərarı) ilə təsdiq edil­miş “Sağlamlıq imkanları məhdud şəxslər üçün məktəbəqədər xüsusi təhsil müəs­sisələri haqqında Əsasnamə”nin 17-ci hissəsinin ikinci cümləsində “İcbari Tib­bi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin. 

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1063; 2006, № 5, mad­də 476; 2013, № 8, maddə 995; 2015, № 7, maddə 878; 2016, № 9, maddə 1585; 2020, № 11, maddə 1414; Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) ilə təsdiq edilmiş “İnsan alve­ri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliy­yəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nın 2.3-cü bəndində və 3.1.1-ci yarımbəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Böl­mələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin. 

5. Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 610; 2020, № 11, maddə 1411; 2022, № 7, maddə 819) ilə təsdiq edil­miş 2 nömrəli əlavə - “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”nın 2.1-ci bəndində “İcbari Tib­bi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri ilə əvəz edilsin. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları