Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 84

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 84 Bakı şəhəri, 9 mart 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qa­nın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 16 fevral tarixli 50 nömrəli, “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 14 dekabr tarixli 235 nömrəli, “Sosial müavinətlərin, təqaüdlərin və kompen­sasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanıl­ması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli, “Azərbaycan Respub­likası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 noyabr tarixli 182 nömrəli, “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 dekabr tarixli 584 nömrəli, “Yeni növ koro­navirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 2020-ci il 25 mart tar­ixli 112 nömrəli, “Yeni növ koronavirus (COVID-19) infek­siyası ilə mübarizə sahəsində əlavə tədbirlər haqqında” 30 iyun tarixli 231 nömrəli və “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infek­siyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” 2020-ci il 23 iyul tarixli 262 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2006-cı il 25 may tarixli 413 nömrəli, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli, “Milli Hematologiya və Transfuziologiya Mərkəzinin yaradılması haqqında” 2019-cu il 23 dekabr tarixli 895 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 13 may tarixli 1677 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 198; 2020, №11, maddə 1413) ilə təsdiq edilmiş “Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı qanın, qan komponentlərinin donorluğunun təşkili Qaydası”nın 2-ci hissəsində və 5-ci hissəsinin birinci abzasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri ilə əvəz edilsin. 

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 dekabr tarixli 235 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 12, maddə 1117; 2011, № 9, maddə 853; 2013, № 7, maddə 883, № 10, maddə 1232; 2014, № 1, maddə 57, № 6, maddələr 736, 752; 2015, № 4, maddə 455, № 8, maddə 967; 2016, № 5, maddə 955, № 6, maddə 1208, № 8, maddə 1435, № 11, maddə 1953; 2017, № 2, maddə 301, № 4, maddə 667, № 7, maddə 1494, № 10, maddə 1931; 2018, № 3, maddə 598, № 8, maddə 1798, № 9, maddə 1935; 2019, № 1, maddə 150, № 5, maddə 944, № 8, maddə 1463, № 12, maddə 2089; 2020, № 1, maddə 83, № 4, maddə 481, № 11, maddə 1412; 2021, № 6 (IV kitab), maddə 674, № 10, maddə 1169, № 11, maddə 1281, № 12, maddə 1517; 2022, № 6, maddə 690, № 8, maddə 1016; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturalar (adyunkturalar) yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə” bölməsi aşağıdakı redaksiyada verilsin:

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə
1.
Azərbaycan Tibb Univer­siteti
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
2.
Ə.Əliyev adına Dövlət Hə­kimləri Təkmilləşdirmə İns­titutu
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
3.
Milli Onkologiya Mərkəzi
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
4.
Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
5.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi
fəlsəfə doktoru üzrə
-
6.
Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardi­ologiya İnstitutu
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
7.
Akademik M.A.Topçu­başov adına Elmi Cərra­hiyyə Mərkəzi
fəlsəfə dokto­ru üzrə
elmlər doktoru üzrə
8.
K.Y.Fərəcova adına El­mi-Tədqiqat Pediatriya İnstitutu
fəlsəfə doktoru üzrə
-
9.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
fəlsəfə doktoru üzrə
-
10.
Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
11.
Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortope­diya İnstitutu
fəlsəfə dokto­ru üzrə
elmlər doktoru üzrə
12.
V.Y.Axundov adına El­mi-Tədqiqat Tibbi Profilak­tika İnstitutu
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
13.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
fəlsəfə doktoru üzrə
elmlər doktoru üzrə
 

2.2. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə” bölməsi ləğv edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1064; 2012, № 6, maddə 638, № 8, maddə 825; 2013, № 3, maddələr 332, 340, № 6, maddə 730, № 9, maddə 1136, № 10, maddə 1214; 2015, № 10, maddə 1214, № 12, maddə 1563; 2017, № 12 (II kitab), maddə 2562; 2018, № 1, maddə 136, № 10, maddə 2144; 2020, № 4, maddə 481, № 11, maddə 1412; 2021, № 4, maddə 426) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nın I bölməsinə aşağıdakı məzmunda 1-1-ci hissə və 3.1-1-ci bənd əlavə edilsin:

“1-1. Elmi tədqiqat institutları

1-1.1. Milli Hematologiya və Transfuziologiya Mərkəzi 

1-1.2. Mərkəzi Qan Bankının Gəncə bölməsi

1-1.3. Mərkəzi Qan Bankının Şəki bölməsi

1-1.4. Mərkəzi Qan Bankının Quba bölməsi

1-1.5. Mərkəzi Qan Bankının Sumqayıt bölməsi

1-1.6. Mərkəzi Qan Bankının Lənkəran bölməsi

1-1.7. Mərkəzi Qan Bankının Bərdə bölməsi

1-1.8. Mərkəzi Qan Bankının Şirvan bölməsi

1-1.9. Mərkəzi Qan Bankının Mingəçevir bölməsi

1-1.10. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

1-1.11. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu

1-1.12. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu

1-1.13. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

1-1.14. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

1-1.15. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

1-1.16. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

3.1-1. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi”.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633, № 10, maddə 1269, № 11, maddə 1411; 2021, № 3, maddələr 281, 287, 289, № 4, maddə 404, № 5, maddə 525, № 9, maddə 1080, № 10, maddə 1163; 2022, № 8, maddə 973, № 9, maddə 1100; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 3 noyabr tarixli 402 nömrəli və 21 dekabr tarixli 448 nömrəli qərarları) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavə - “Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı”nın 2.18.1-ci yarımbəndində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin” sözləri “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 dekabr tarixli 584 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2531; 2018, № 8, maddə 1798; 2019, № 5, maddə 944; 2020, № 4, maddə 481, № 10, maddə 1309, № 11, maddə 1409; 2021, № 11, maddə 1281; 2022, № 4, maddə 388; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 dekabr tarixli 448 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:

“3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə:

3.1. Milli Onkologiya Mərkəzi;

3.2. Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzi;

3.3. Milli Hematologiya və Transfuziologiya Mərkəzi; 

3.4. Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu; 

3.5. Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi;

3.6. K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu;

3.7. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu;

3.8. Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu;

3.9. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu;

3.10. V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu;

3.11. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu;

3.12. Ə.Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu.”;

5.2. 14-cü hissə ləğv edilsin.

6. “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373, № 6, maddə 792, № 8, maddə 1118, № 11, maddə 1386; 2021, № 4, maddə 398, № 7, maddə 861, № 8, maddə 964, № 10, maddə 1167, № 11, maddə 1291; 2022, № 2, maddə 174, № 4, maddə 372; 2022, № 6, maddə 670, № 8, maddə 964, № 10, maddə 1215; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 dekabr tarixli 426 nömrəli və 2023-cü il 24 yanvar tarixli 19 nömrəli qərarları) 4-cü hissəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin. 

7. “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyun tarixli 231 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 821) 2-ci və 3-cü hissələrinə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin. 

8. “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992, № 11, maddə 1404; 2021, № 1, maddə 102, № 4, maddə 412, № 7, maddə 883, № 8, maddə 963, № 10, maddə 1168, № 12, maddə 1540; 2022, № 3, maddə 260, № 4, maddə 418, № 6, maddə 667, № 8, maddə 963, № 9, maddə 1094; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 7 dekabr tarixli 433 nömrəli və 2023-cü il 27 yanvar tarixli 23 nömrəli qərarları) 3-cü hissəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözlərindən sonra “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” sözləri əlavə edilsin. 

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları