Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 73

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 73 Bakı şəhəri, 7 mart 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəra­itində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təs­diq edən sənədlərin. Siyahısı”nda dəyişiklik edilməsi haqqında

“Azərbaycan Respublikasının Ailə Məcəl­ləsində dəyişiklik edilməsi haqqında” Azər­baycan Respublikasının 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Ailə Məcəl­lə-sinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanu­nunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 yanvar tarixli 1583 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2013-cü il 10 iyun tarixli 111 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2013, № 6, maddə 725; 2017, № 2, maddə 325; 2019, № 3, maddə 518; 2020, № 4, maddə 495; 2021, № 6 (IV kitab), maddə 667, № 11, maddə 1264; 2022, № 10, maddə 1221) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olması­nı təsdiq edən sənədlərin siyahısı”nın 2.1.1-ci yarımbəndindən “rayon (şəhər)” sözləri çıxa­rılsın.

 

Əli ƏSƏDOV, 
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları