Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 71

post-img

 

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 71 Bakı şəhəri, 7 mart 2023-cü il

“Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadol­maların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndi­rilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqın­da” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarında dəyişiklik edilməsi barə­də 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsi­nin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublika­sının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qa­nunvericilik Toplusu, 2020, № 2, maddə 189; 2021, № 4, mad­də 410) ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodo-logiyası və həmin güzəşt və azad-olmaların reyestrinin aparılması Qaydası”nın 3.1.8-ci yarım­bəndinə “Hüquqi şəxslərin” sözlərindən sonra “və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları