Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 70

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 70 Bakı şəhəri, 7 mart 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Ke­çid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qə­rarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xərclər smetası, ştat cəd­vəli haqqında” 2010-cu il 20 aprel tarixli 70 nömrəli Qərarının ləğv edilməsi barədə

“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin yaradılması və “Azərbaycan Respub­likasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2010-cu il 19 fevral tarixli 223 nöm­rəli Fərmanının ləğv edilməsi barədə” Azər­baycan Respublikası Prezidentinin 2022-ci il 15 oktyabr tarixli 1855 nömrəli Fərmanının 7.3-cü bəndinin icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Ka­bineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 2020-ci il 29 oktyabr tarixli 428 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1316; 2021, № 2, maddə 203, № 4, maddələr 416, 418, № 9, maddə 1064, № 12, maddə 1510; 2022, № 4, maddə 381, № 6, maddə 685; Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2022-ci il 15 noyabr tarixli 414 nömrə­li, 20 dekabr tarixli 446 nömrəli və 21 dekabr tarixli 448 nömrəli qərarları) ilə təsdiq edilmiş “Dövlət informasiya sistemlərinin və ehtiyat­larının “Hökumət buludu”na Keçid Planı”nın 6-cı hissəsinin 75-ci sətrinin “Dövlət qurumu­nun adı” sütununda “Azərbaycan Respublika­sının Prezidenti yanında Elmin İnkişafı Fon­du” sözləri “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.

2. “Azərbaycan Respublikasının Prezi­denti yanında Elmin İnkişafı Fondunun xərc­lər smetası, ştat cədvəli haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 aprel tarixli 70 nömrəli Qərarı (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 360, № 11, maddə 1033) ləğv edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları