Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 69

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 69 Bakı şəhəri, 7 mart 2023-cü il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1994-cü il 15 yanvar tarixli 10 nöm­rəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbay­can Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 630-VIQD nöm­rəli Qanununun icrasını təmin etmək məqsə­dilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388, № 8, maddə 534; 2002, № 3, mad­də 148, № 4 (II kitab), maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, mad­dələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11,maddə 1976; 2017, № 2, maddə 306, № 4,maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; 2020, № 10, maddə 1295, № 11,maddə 1397; 2021, № 3, maddə 275, № 4,maddə 404, № 7, maddələr 871, 875, № 10,maddə 1164, № 12, maddələr 1518, 1535; 2022, № 1, maddə 74, № 8, maddə 974; Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 noyabr tarixli 412 nömrəli Qə­rarı) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləş­dirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 5.1-ci bəndində aşağıda­kı dəyişikliklər edilsin:

1. Birinci cümlədə “Respublikası və mü­vafiq şəhər (rayon) icra hakimiyyətlərinin” sözləri “Respublikasının dövlət” sözləri ilə əvəz edilsin və həmin cümləyə “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilsin.

2. İkinci cümlə ləğv edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları