Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 67

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 67 Bakı şəhəri, 7 mart 2023-cü il

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qə­rarında dəyişiklik edilməsi barədə

“Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müa­vinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artı­rılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 fevral tarixli 3764 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiy­mətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinləri­nin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında (Azərbay­can Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1349; 2018, № 3, maddə 612, № 11, maddə 2432; 2019, № 4, maddə 750, № 9, maddə 1550; 2022, № 1, maddə 67; Azərbaycan Respublikası Nazirlər Kabineti­nin 2022-ci il 21 noyabr tarixli 415 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissədə “799” rəqəmləri “879” rəqəmləri ilə, “719” rəqəmləri “791” rəqəmlə­ri ilə əvəz edilsin;

1.2. həmin Qərarla təsdiq edilmiş 1 nöm­rəli əlavə - “Dövlət ümumi təhsil müəssisələ­rində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin ay­lıq vəzifə maaşlarının sxemi” yeni redaksiya­da təsdiq edilsin (əlavə olunur);

1.3. həmin Qərarla təsdiq edilmiş 2 nöm­rəli əlavə - “Dövlət ümumi təhsil müəssisələ­rində çalışan bilik və bacarıqlarının diaq-nos­tik qiymətləndirilməsi aparılan, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2023-cü il fevralın 1-dən tət­biq edilir.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə 
təsdiq edilmişdir.

 

1 nömrəli əlavə

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının

 

S X E M İ

q1.jpg

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 7 mart tarixli 67 nömrəli Qərarı ilə 
təsdiq edilmişdir.

 

2 nömrəli əlavə

 

 

Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşlarının

 

S X E M İ

 

 

q2.jpg

Nazirlər kabinetinin qərarları