Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, prezident işləri naziri Mansur bin Zayed Al Nəhyandan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Hörmətli cənab Prezident!

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edirəm. Sizə məmnuniyyətlə ən xoş arzularımı bildirirəm.

Zati-alinizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına firavanlıq və tərəqqi diləyirəm.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

 

Mansur bin Zayed Al Nəhyan

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,

Baş nazirin müavini, prezident işləri naziri

Məktublar