“Vətən Fədailəri” adlı “dəyirmi masa” keçirildi

post-img

Xətai rayon Mərkəzi Kitabxanası və LM Akademiyasının birgə təşkilatçılığı ilə “Vətən Fədailəri” adlı qazilərin həyat yolundan bəhs olunmuş tədbir təşkil olunub.

Tədbirdə Finlandiya Azərbaycanlıları Assosiyasının həmsədri, Finlandiya Qadınlar Cəmiyyətinin sədri Arzu Oktay, Xətai rayonu icra hakimiyyətinin “Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili” şöbəsinin böyük məsləhətçisi Bəkir Əsgərzadə, Qazi, mayor Taleh Eyyubov, Aran Media qrupunun rəhbəri Şeyda Əzizova, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev adına 120 nömrəli məktəbin 11-ci sinif şagirdi, gənc xanəndə Sevinc Süleymanlı, Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin müəllim və şagird kollektivi, 44 günlük vətən müharibəsində sağlamlıqlarını itirmiş qazilər "VƏTƏN FƏDAİLƏRİ" lahiyə dəsdəkcisi qazi oğlu şəhid qardaşı Şahin Məmmədov ,"İnkşafa və islahatlara dəstək"İB sədri və Öndər.tv"nin təsiscisi Ramil Əliyev, Mədəniyyət juranalının redaktoru Qurban Məmmədov və digər qonaqlar iştirak ediblər.

Öncə vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

44 günlük Vətən müharibəsində qələbəmizi bizə qazandıran müzəffər ordumuzun əsgər və zabitləri qarşısında baş əyir, şəhidlərimizə Allahdan rəhmət diləyirik.Vətənimizin igid oğulları, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı ilə döyüşərək, qanları bahasına bu qələbəni bizə qazandırdıqlarını vurğulayan aparıcılar qeyd etdilər ki, zəfərimizi təmin edən əsas amillərdən biri xalqımızın Ali Baş komandanın ətrafında Dəmir Yumruq kimi birləşməsi olub.

Finlandiya Azərbaycanlıları Assosiyasının həmsədri, Finlandiya Qadınlar Cəmiyyətinin sədri Arzu Oktay çıxışı zamanı qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu var.

Sonra Xətai rayonu icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi ehtiyyatda olan zabit Bəkir Əsgərzadə, qazi, mayor Taleh Eyyubov, Mədəniyyət jurnalının redaktoru Qurban Məmmədov, vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvüləri və digər qonaqlar çıxış ediblər.

Tədbirin ədəbi-bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda, şeirlər və vətənpərvərlik ruhda ifalarla çıxış ediblər.
Sonda xatirə şəkilləri çəkilib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Mədəniyyət