3 iyun - Dünya Velosiped Günüdür

post-img

Bu gün "Dünya Velosiped Günü" olaraq BMT Baş Assambleyası tərəfindən 2018-ci ilin aprel ayında təsis edilib. Sənəd 56 ölkə tərəfindən hazırlanıb və qəbul edilib.

Velosiped ətraf mühitə ən uyğun nəqliyyat növüdür. Onun istifadəsi ekologiya və insan sağlamlığı üçün təhlükəsizdir. Velosipedlər daxiliyanma mühərriklərindən fərqli olaraq istixana qazı xaric etmir, atmosferi çirkləndirmir və yollarda səs-küy yaratmadan insanların narahatlığına səbəb olmur. Küçələrdə daha çox velosiped və daha az avtomobillərin olması yol qəzalarının başvermə ehtimalını azaldır. 

Qeyd edək ki, ölkəmizdə də insanları alternativ nəqliyyat vasitəsi kimi velosipeddən istifadəyə cəlb etmək üçün müvafiq dövlət qurumları tərəfindən layihələr, proqramlar və idman yarışları tez-tez təşkil edilir.

E.AĞALAR,

"Xalq qəzeti"

Maraqlı