Bu gün Bakıda keçirilən dünya çempionatının altıncı günündə dayanq üzərinə çıxan Azərbaycan taekvondoçusu Eltac Qafarov dörddəbir finalda Xorvatiya idmançısı Marko Qolubiçlə üz-üzə gəlib.
74 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk raunda qələbə qazansa da, ikinci və üçüncü raundlarda məğlub olub. Bununla da ümumi hesabda 2:1 qalib gələn Marko Qolubiç növbəti mərhələyə adlayıb.
Elçin ABBASOV,
"Xalq qəzeti"