Banan ürəyin dostudur...

post-img

Banan ürək sağlamlığının möhkəmləndirilməsi üçün faydalı meyvədir. Xüsusilə, o, böyük miqdarda ürək əzələsi üçün lazımlı mikroelement olan kaliumun zəngin mənbəyidir. Dietoloqların fikrincə, orqanizm kifayət qədər kalium aldıqda ürək stresin öhdəsindən daha yaxşı gələ bilir. Bundan əlavə, bananın tərkibində ürəyin “xoşladığı” B qrupu vitaminləri vardır. Banan insanı artıq mövcud olan xəstəliklərdən xilas etmir, amma profilaktika və ürəyin yaxşı fəaliyyəti üçün faydalıdır. 

Mütəxəssislər, eyni zamanda, bananda yüksək tərkibdə şəkə­rin olmasına diqqət çə­kirlər. Bildirirlər ki, ba­nan, diabet xəstələrinə zərərlidir, ilk növbədə, orqanizmi karbohidrat­ların həzmi ilə problemi olmayan idmançılar və fiziki aktiv olan insanlara tövsiyə olunur.

Ekspertlər məsləhət görürlər ki, insan aktiv deyilsə, id­manla məşğul olmursa, bananı hər gün deyil, həftə ərzində digər meyvələrlə növbələmək lazımdır.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Maraqlı