500 gün mağarada qaldı

post-img

RİA Novosti yazır ki, ispaniyalı idmançı Beatris Flamini 70 metr dərinlikdə xarici aləmlə əlaqəsi olmayan mağarada 500 gün qalıb və yeraltı izolyasiya üzrə dünya rekordu qırıb.

Flamini təcrübəsi Timecave layihəsinin bir hissəsidir. İştirakçılar sosial təcrid və zamanla istiqamətin insan qavrayışına və psixikasına necə təsir etdiyini öyrənmək istəyirdilər.

Flamini alpinistdir və 20 noyabr 2021-ci ildə Sierra Nevadadakı bir mağaraya enmişdi. O zaman 48 yaşı vardı, 50 yaşını yeraltında qeyd etdi.

Flaminin səhhəti videokameralarla izlənilib. Mağarada əvvəlcədən müəyyən edilmiş bir yerdə onun üçün yemək və su qoyulub.

Yeraltı izolyasiya üzrə əvvəlki rekord 269 gün olub. Öncəki rekordun müəllifi italyan Kristina Lanzonidir. 

"Xalq qəzeti"

Maraqlı