“Heydər Əliyev İli”nə həsr olunmuş tədbir

post-img

Reabilitasiyaya ehtiyacı olan uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə Qəbələdə “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib. Mərasim Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nəzdində olan Qəbələ Reabilitasiya Mərkəzinin inzibati binasında baş tutub.

Tədbirdə 70-ə yaxın xüsusi qayğıya ehtiyacı olan uşaqlar iştirak edib. Onlar tədbir müddətində musiqi ifa edib, seir səsləndirib, səhnəciklər göstəriblər.

Sosial Xidmətlər Agentliyinin sifarişi üzrə Kənd Qadınlarına Qayğı İctimai Birli­yinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə bir sıra rəsmi şəxslər də iştirakı ediblər. 

Rizvan FİKRƏTOĞLU, "Xalq qəzeti"

Sosial həyat