Ulu öndərin ideyaları Azərbaycana möhtəşəm uğurlar qazandıracaq

post-img

Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Zirvəyə yüksəlişin başlanğıc tarixi” mövzusunda tədbir keçirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Ulu Ön­dərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi ölkəmizin xilasının birinci mərhələ­si, xalqın özünəqayıdış tarixidir. Azər­baycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi məhz o dövrdən baş­lanıb. Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət Heydər Əliyev məhz o illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yaradıb.

Digər çıxış edənlər – AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Xə­tai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Dövlət Məş­ğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini, YAP Xətai rayon təşkilatı “Zığ yolu-4” ərazi partiya təşkilatının sədri Cəmaləddin Quliyev, Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Turac Məmmədova, 1969-cu ilin 14 iyul günü­nün tarixə Azərbaycanın özünəqayıdışı­nın, dirçəliş və inkişaf yolunun başlanğı­cı kimi yazıldığını qeyd ediblər. Bildirilib ki, bu tarix, eyni zamanda, həm də mil­liliyin, azərbaycançılığın, milli dövlətçi­liyimizin əbədi mövcudluğu günü kimi qəbul edilir. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğur­lar qazandıracaq.

Sosial həyat