“Android” telefon “iPad”ə qoşulacaq

post-img

“WhatsApp” yenilikləri ilə istifadəçiləri sevindirməyə davam edir. Növbəti dəyişiklik “iPad” planşetinin xidməti hesablarla uzlaşmaq imkanı ilə bağlıdır.

Yeni funksiya ilə “iPad” planşeti “And­roid” əməliyyat sis­temli cihazlara bağ­lanacaq. Ekspertlərin sözlərinə görə, bu za­man “iPad” qoşulu ci­haz kimi tanınacaq.

Bundan başqa, “WhatsApp”ın “iPad”a uyğun proq­ramlar hazırlayacağı da proqnozlaşdırılıb. Qeyd edilir ki, hazırda funksiya inkişaf mərhələsindədir və gələcək proq­ram yeniləməsində “beta” testerlərə təqdim olunacaq.

Yeniliyin bütün istifadəçilər üçün tam olaraq nə vaxt əlçatan olacağı hələ bildirilməyib.

“Xalq qəzeti”

Son xəbərlər