“Microsoft” şirkəti Federal Ticarət Komissiyası tərəfindən 20 milyon dollar cərimələnib. Buna səbəb kimi uşaqların məxfi məlumatlarından istifadə edildiyi göstərilib. Məlumatı “abcnews.com” saytı paylaşıb.
“Microsoft”un “Xbox” oyun sisteminə qeydiyyatdan keçmiş uşaqların şəxsi məlumatları toplanıb və reklamlar üçün istifadə edilib. On üç yaşdan yuxarı istifadəçilər oyuna daxil olarkən razılaşma müqaviləsi bağlanılır. Lakin 13 yaşdan kiçik olduqda bu barədə valideyn icazəsi olmalıdır. Şirkət isə 2015-2020-ci illər arasında 5 illik müddətdə bu qaydanı pozub.
Qeyd edək ki, “Microsoft” bu məsələdə səhvini etiraf edib. Federal Ticarət Komissiyasının qərarlarının icra ediləcəyi bildirilib.
Ə.ƏHƏDLİ, “Xalq qəzeti”