Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən iyunun 8-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Gecə 16-20°, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 15-19°, gündüz 25-30, dağlarda gecə 6-11°, gündüz 13-18°, bəzi yerlərdə isə 22°-dək isti olacaq.
Q. QASIMOV, “Xalq qəzeti”