Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun başçılıq etdiyi heyət Türkiyənin nüfuzlu ali təhsil müəssisələri olan Hacəttəpə və Çankaya universitetlərində işgüzar görüşlər keçirib.
Səfərin məqsədi ADPU ilə Türkiyə universitetləri arasında elmi-pedaqoji əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası, habelə təhsil və tədqiqat sahəsində təcrübə mübadiləsi barədə müzakirələrin aparılmasıdır. Görüşlər zamanı qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, əməkdaşlığa dair bir sıra ilkin razılaşmalar əldə olunub.
Görüşlər zamanı ADPU heyəti Hacəttəpə və Çankaya universitetlərinin tədris prosesi ilə yaxından tanış olublar.
Q.YUSİFOĞLU
XQ