Moldova səfiri İqtisadiyyat Nazirliyində

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın ölkəmizdəki səfiri Aleksandr Esaulenko ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərin­ləşməsində önəmi vurğulanıb, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə yanaşı, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpaolunan enerji və di­gər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub. Qeyd edilib ki, Azərbay­can, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynaya­caq.

Tərəflər qarşılıqlı maraq doğuran di­gər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

“Xalq qəzeti”

Son xəbərlər