İki gün ərzində güclü geomaqnit qasırğası olacaq

post-img

Mayın 21-də Günəş səthində aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib.

“Xalq qəzeti”nə bu barədə Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsinin astrofizika kafedrasından məlumat verilib. 

Bildirilib ki, yaranan tac atılmaları (CME- Coronal Mass Ejection) və tac dəliklərindən çıxan yüksək sürətli axınlar (CH HSS- Coronal Hole High Speed Stream) səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.

Mayın 22-də geomaqnit şəraiti davam edən CME effektləri nəticəsində G2-nin (orta) stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-də günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq.

22-24 may tarixlərində geomaqnit sahənin intensivliyini göstərən loqarifmik Kp əmsalı 1-6 intervalında dəyişəcək.

“Xalq qəzeti”

Son xəbərlər