ABŞ-dan Kiyevə yeni hərbi yardım paketi

post-img

“Reuters” agentliyi ABŞ Prezidenti Co Baydenin Ukraynaya göndərəcəyi yeni hərbi yardım paketini açıqlaması barədə xəbər dərc edib.

Qeyd edilib ki, yardım paketinə artilleriya və zirehli maşınlar üçün sursatlar daxil ediləcək.

Bayden Yaponiyada keçirilən G7 sammitində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı ABŞ-ın Kiyevin hərbi gücünü artırmaq üçün hər şeyi etdiyini də bildirib.

 

Rizvan FİKRƏTOĞLU, 

“Xalq qəzeti”

Dünya