Trüdo: Kanadanın ukraynalı pilotların hazırlanmasına etirazı yoxdur

post-img

Kanadanın baş naziri Castin Trüdo ölkəsinin Ukraynaya dəstəyi artırmağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Kanada potensial olaraq Ukrayna hərbçilərinə, o cümlədən pilotlara təlim keçməyə hazırdır.

“Biz hər zaman daha çox şey etməyə hazırıq. Başqa yollarla kömək etmək, Ukrayna hərbçilərini və potensial pilotları öyrətməkdən çəkinmirəm”, – Castin Trüdo Xirosimada G7 sammitindən sonra keçirilən mətbuat konfransında deyib (TASS).

"Xalq qəzeti"

Son xəbərlər