İspaniyada "F-18" qırıcı təyyarəsi aviabazada qəzaya uğrayıb. Bu barədə "El Pais" qəzeti məlumat verib.
Jurnalistlərin məlumatına görə, insident şənbə günü, mayın 20-də Saraqosa aviabazasında baş verib. Təyyarənin qəzaya uğraması İspaniya Aerokosmik Qüvvələri tərəfindən təsdiqlənib. Hərbçilər deyir ki, “qırıcının bəzi problemləri var idi”.
Məlumdur ki, təyyarə nümayiş uçuşu zamanı qəzaya uğrayıb - pilot kabinəni tərk etməyi bacarıb. O, ayağından xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Pilotun həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, "F-18" 1970-ci illərdə hazırlanmış Amerika qırıcı-bombardmançı təyyarəsidir. Bu, ABŞ-da əsas döyüş təyyarəsidir. O, həmçinin Avropa və Asiyanın bir sıra ölkələrinin hərbi hava qüvvələrin balansındadır.
S.ELAY,
"Xalq qəzeti"