Bayden G7 sammitində Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb

post-img

ABŞ prezidenti Co Bayden G7-nin Xirosimada keçirilən sammitində Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb: bu paketə artilleriya, sursat və zirehli texnika daxil olacaq. Bu barədə “Reuters” məlumat yayıb.

Co Bayden yeni yardım paketini Ukrayna prezidenti Vladimir Zelenski ilə sammit çərçivəsində görüşdən sonra açıqlayıb. O bildirib ki, ABŞ Rusiya ilə qarşıdurma üçün Ukraynanın müdafiəsini gücləndirilməsində əlindən gələni edəcək.

Mayın 20-də “Reuters” və “Politico” mənbələrinə istinadən xəbər vermişdilər ki, Co Bayden Ukraynaya artilleriya sursatları, zirehli maşınlar və tank əleyhinə silahlar daxil olmaqla 375 milyon dollarlıq hərbi yardım elan edə bilər.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər