Goranboyda arıçılıq da diqqətdə saxlanılır

post-img

Goranboy rayonunda iqtisadiyyatın əsasını aqrar sektor təşkil edir. Bu sahənin inkişafının təmin edilməsi məqsədi ilə rayon icra hakimiyyəti tərəfindən, müvafiq təşkilatlarla əlaqəli iş qurulur, yerlərdə fermer və istehsalçılar üçün əlvrişli şərait yaradılır. 

Rayonda son dövrlərdə aqrar sektorda inkişaf etdirilən sahələrdən biri də arıçılıq təsərrüfatıdır. Təsadüfi deyil ki, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun nəzdindəki Arıçılıq Mərkəzi də burada yerləşir. Bu günlərdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Fəxralı kəndində fəaliyyət göstərən Mərkəzin mövcud iş şəraiti ilə yerində tanış olub, öz tövsiyələrini verib, problemlərlə maraqlanıb. 

Məlumat üçün bildirək ki, Mərkəzdə müasir avadanlıqlarla təhciz olunmuş xüsusi labaratoriya da fəaliyyət göstərir. Mərkəzin isə 83 hektar ərazisi var və burada arıçılıqla yanaşı, taxılçılıq və bağçılıq da inkişaf etdirilir.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri











Son xəbərlər