Pakistanlı gənc səfirlə görüşüb

post-img

Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qayser Nəvvab Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri cənab Bilal Hayini ilə görüşüb.
 
Görüş zamanı cənab Navab səfir Hayiyə ulu öndər Heydər Əliyevin yüzillik yubileyinə həsr olunmuş “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə” 4-cü Beynəlxalq konfransda iştirakı barədə məlumat verib.
 
Q.Nəvvab və Pakistan səfiri arasında Azərbaycanla ikitərəfli əlaqələrin genişləndirilməsinin müxtəlif mümkün yolları, o cümlədən gənclər, ticarət və akademik mübadilə imkanları haqqında fikir mübadiləsi aparılıb. 
 
Gənc lider görüş zamanı ona ayrılan vaxta və qonaqpərvərliyə görə səfir Bilal Hayiyə təşəkkür edib.
 

Fidan HÜQUQQIZI

"Xalq qəzeti"



Son xəbərlər