Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Türkiyədəki zəlzələ bölgəsində vacib layihələr həyata keçirmək istədiyini bildirdi

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TRT Türk”ə müsahibəsində bildirib ki, Azərbaycan Türkiyədə zəlzələ baş verən bölgədə önəmli layihələr həyata keçirmək istəyir.

Rəcəb Tayyib Ərdoğan deyib ki, bir çox ölkə axtarış-xilasetmə qrupları göndərdi: "Birinci mərhələdə çadırlar gəldi. Konteynerlər göndərməyə başladılar. Azərbaycan bildirdi ki, 1 000 daimi ev tikmək istəyir. Dünən biz onun təməlini qoyduq. Azərbaycan həmçinin regionda təcili ehtiyac duyulan bəzi mühüm layihələri həyata keçirmək istədiyini bildirib”.

Türkiyə Prezidentinin sözlərinə görə, bütün dünyadakı türk vətəndaşları əllərində olan hər şeyi səfərbər edərək köməyə tələsiblər: “Biz bunları heç vaxt unuda bilmərik və heç vaxt unutmayacağıq”.

"Xalq qəzeti"

Son xəbərlər