"ASAN Məktub" Ramazan bayramında uşaqların sevincinə səbəb olub

post-img

"ASAN Məktub" Ramazan bayramında uşaqların sevincinə səbəb olub

"ASAN Məktub" sosial layihəsi çərçivəsində "ASAN Məktub"la Ramazan sevinci" aksiyası baş tutub. asanmektub.az saytına “Ümid yeri” uşaq sığınacağının sakinləri tərəfindən yazılmış 43 məktub “ASAN xidmət” əməkdaşları tərəfindən öhdəliyə götürülüb və hədiyyələr Ramazan bayramı ərəfəsində balaca sahiblərinə çatdırılıb.

Aksiya çərçivəsində uşaqlar üçün əyləncəli şou proqram təşkil olunub. Hədiyyələrin təqdim olunması mərasimində şən klounların, sehrbazların çıxışları da uşaqların marağına səbəb olub, sevincinə sevinc qatıb.

"ASAN Məktub" layihəsinin məqsədi qədim xeyirxahlıq ənənələrinə malik ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin başlanğıcını qoymaq, heç bir maddi qazanc güdmədən uşaqlara sevinc yaşatmaq, onların gülüşünə səbəb olmaqdır. Belə ki, "ASAN məktub" layihəsi vasitəsilə respublika ərazisində yaşayan uşaq evlərinin, az təminatlı ailələrin və kənardan qulluğa ehtiyacı olan uşaqların arzuları həyata keçirilir.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində asanmektub.az saytı vasitəsilə bu günə qədər 8447 uşağın arzusu reallaşdırılıb, vətəndaşlar tərəfindən alınan hədiyyələr uşaqlara çatdırılıb.













Son xəbərlər