ABŞ-da Putinin yeni konsepsiyasına münasibət

post-img

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiq etdiyi xarici siyasət konsepsiyası ilə bağlı hesabat hazırlayıb. Sənəddə bildirilir ki, Kremlin bu konsepsiyası Qərbə qarşı yeni blok yaratmaq, çoxqütblü dünya nizamı qurmaq, eyni zamanda ABŞ-ın hökmranlığına son qoymaq məqsədi daşıyır. Məlumatı UNİAN yayıb. 

Sənəddə bəşəriyyətin əksəriyyəti­nin Rusiya ilə konstruktiv münasibətdə maraqlı olduğu iddia edilir. ABŞ insti­tutu hesab edir ki, Kreml bloklara daxil olmayan ölkələrlə anti-Qərb bloku ya­ratmaq cəhdlərini dəstəkləyəcək. Lakin Rusiyanın iqtisadi qüdrətinin azalması və Ukraynada hərbi potensialının zəif­ləməsi buna imkan verməyəcək. 

İnstitutun fikrincə, Çin lideri Si Cin­pinin Moskvaya səfəri zamanı da Pu­tinin anti-Qərb bloku yaratmaq təklifi birmənalı qarşılanmayıb.

Hazırladı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər