Azərbaycan cüdoçuları Antalya "Böyük Dəbilqə" turnirinin ikinci gününü iki medalla başa vurdular.
Cüdoçularımız 1 gümüş və 1 bürünc medal qazanıb.
Kişilər arasında -81 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Səid Mollayi finalda belçikalı idmançı Matias Kasse ilə qarşılaşıb. Görüşün nəticəsində Səid komandamızın aktivinə gümüş medal qazandırıb.
-73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov isə bürünc medal əldə edib. H. Heydərov üçüncü yer uğrunda görüşdə digər həmyerlimiz Nurlan Osmanovla qarşılaşıb. N. Osmanov isə yarışı 5-ci yerdə başa vurub.
Elçin ABBASOV,
"Xalq qəzeti"