Paytaxtdan Ağstafaya sürətli sərnişin qatarı marşrutu açılıb

post-img

Son iki gündə Bakı Dəmiryol Vağzalından Ağstafa və əks istiqamətdə ilk 2 sürətli sərnişin qatarı yola salınıb. Birinci Qatar srağagün səhər, ikincisi isə saat 17:00-da səfərə çıxaraq 4 saat 55 dəqiqəyə mənzil başına çatıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən redaksiyamıza bildirilib ki, 459 kilometrlik Bakı–Ağstafa–Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan 4 vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sər­nişin tutumu 364 yerdir.

ADY Novruz bayramı günlərində artan tələbatı nəzərə alaraq, Bakı–Ağstafa marşrutu üzrə bugün və sabah saat 8:45-də əlavə bir reys də həyata keçirəcək.

Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı–Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol vağzallarının kassala­rından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) on­layn əldə etmək mümkündür.

 

“Xalq qəzeti”

Son xəbərlər