Sülhməramlıların 14 avtomobili aksiya ərazisindən maneəsiz keçib

post-img

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

AZƏRTAC xəbər verir ki, Xankəndidən Laçın istiqamətdə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 11 təminat-təchizat və iki minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb. Bundan əlavə, bir minik avtomobili də Laçına gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.



Son xəbərlər