Kolumbiyalı jurnalist: Müharibə ucbatından insanların öldüyünü, evsiz qaldığını görmək ürək ağrıdır

post-img

Mən Ağdamdakı vəziyyətlə tanış olmaq üçün buraya gəlmişəm. Həqiqətən çox acınacaqlı vəziyyətdir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Ermənistanın işğalından azad olunan Ağdama səfər edən Kolumbiyanın RCN televiziya kanalının jurnalisti Lauryen Calderin deyib.

“Biz müharibə haqqında uzaqdan eşidirik. Amma insan bura gəlib müharibənin amansızlığını, iki xalq arasındakı münaqişədə insanların çəkdiyi bütün iztirabları öz gözləri ilə görür. Müharibə ucbatından bu qədər insanın öldüyünü, çoxunun evsiz qaldığını görmək ürək ağrıdır”, - deyə o əlavə edib.

Son xəbərlər