Pakistanın Baş naziri zəlzələ bölgəsində

post-img

Türkiyədə səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şərif zəlzələ ilə bağlı vəziyyətlə tanış olmaq üçün Adıyamana gedib. Məlumatı “Anadolu” agentliyi yayıb.


Xəbərdə sonra deyilir ki, Şahbaz Şərif Adıyaman Universitetində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu və ticarət naziri Mehmet Muşla birgə mətbuat konfransında iştirak edib. O, Türkiyənin bu fəlakətin öhdəsindən gələcəyini vurğulayıb.
Pakistanın Baş naziri axtarış-xilasetmə tədbirlərində iştirak edən Pakistan heyətinin fəaliyyətini də yüksək dəyərləndirib.

 

“Xalq qəzeti” 

Son xəbərlər