Dəmir yolu daşımalarından 106,6 milyon manat gəlir

post-img

Cari ilin yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşımalarından əldə olunan gəlir 104 milyon 897,1 min manat gəlir əldə olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,4 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən ve­rilən məlumata görə, 2022-ci ilin mü­vafiq dövründə qeyd olunan göstərici 70 milyon 960 min manat təşkil edib. Məlumata görə, hesabat dövründə dəmir yolu nəqliyyatı ilə sərnişin daşı­malarından əldə olunan gəlir 1 milyon 735,6 min manat olub ki, bu da 2,6 dəfə artım deməkdir. Müqayisə üçün deyək ki, ötən ilin müvafiq dövründə sözügedən nəqliyyat növü ilə sərni­şin daşımalarından əldə olunan gəlir 657,6 min manat təşkil edib. 

Yeri gəlmişkən, hesabat dövründə Azərbaycanda dəmir yolu ilə 4 milyon 457,4 min ton yük və 1 milyon 509,5 min sərnişin daşınıb ki, bu da illik müqayisədə müvafiq olaraq 17 faiz və 60 faiz çoxdur.

İqtisadiyyat