Apple MR cihazının ikinci nəsli

post-img

Gələn ay baş tutacaq WWDC 2023 konfransı çərçivəsində Apple şirkətinin öz ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edəcəyi gözlənilir. Məşhur analitik Ming-Chi Kuonun sözlərinə əsasən, Apple artıq MR cihazın ikinci nəsli üzərində çalışır. 

Analitik, həmçinin bildirib ki, şirkət MR cihazın ikinci nəsli­ni iki versiyada təqdim etməyi planlaşdırır. Söhbət, MR ciha­zın adi, həmçinin Pro versiyala­rından gedir.

Mediaya ötürülən məlumat­da qeyd edilib ki, Apple birinci MR cihazdan fərqli olaraq ikinci nəsil MR cihazların 9 dəfə daha çox satılmasına nail olmaq niy­yətindədir. Qeyd etmək lazım­dır ki, birinci MR cihaz hələ heç satışa belə çıxarılmayıb. Son məlumat sızıntılarına əsasən, şirkətin ilk MR cihazı 3000 dol­lar satış qiymətinə sahib olacaq. Analitiklə­rin sözlərinə əsasən, Apple üçün tamamilə yeni olan bu məhsulu birinci il ərzində 7–10 milyon ədəd satıla bilər. Ming-Chi Kuonun fikrincə, MR cihazın ikinci nəslini 2025-ci ilə kimi gözləmək lazım gələcək.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

İKT