Kosmos və aviasiya texnologiyaları liseyinin açılışı olub

post-img

Türkiyənin milli təhsil naziri Mahmud Özer ötən gün paytaxt Ankarada kosmos və aviasiya texnologiyaları sahəsində ilk peşə liseyinin açıldığını bildirib.

Nazir yazılı açıqlamasında Türkiyənin aviasiya və kosmos fəaliyyətlərinin artan sürətini və digər ölkələrlə rəqabət qabiliyyətini artırdığını vurğulayaraq, Ankara Aerokosmik Texnologiyalar Peşə və Texniki Anadolu Liseyini açılışı münasibətilə təbrik edib.

Bunun ölkəsi üçün əhəmiyyətli addım olduğunu deyən nazir  bu istiqamətdə görülən digər işlərin dinamik peşə və texniki təhsil sisteminin yaradılması üçün mühüm amil olduğunu olduğunu vurğulayıb.

M. Özer aviasiya və kosmos liseyi üçün Müdafiə Sənayesi rəhbərliyi, Türk Hava Qurumları Universiteti, Türk Hava və Kosmos Sənayesi (TAI) və onun mühərrik istehsal edən törəmə şirkəti TEI-nin nümayəndələri ilə birgə hazırlanan tədris planı barədə də məlumat verib: "Biz Ankaranın Elmadağ rayonunda hazırlanmış təhsil bazası çərçivəsində məktəb açdıq. 24 770 kvadratmetr (266 622 kvadrat fut) ərazini əhatə edən məktəb üç əsas korpusdan -  təlim, atelye və yataqxana binasından ibarətdir. Məktəbdə 32 sinif otağı, altı laboratoriya, iki rəssamlıq və musiqi emalatxanası, konfrans zalı var”.

O, həmçinin bildirib ki, məktəb bütün lazımi emalatxana və laboratoriya avadanlıqları ilə təchiz olunub və  tələbələr üçün 200 çarpayılıq yer ayrılıb. Türkiyədə aviasiya sahəsində ilk olan məktəb bir illik ingilis dili hazırlıq sinfi də daxil olmaqla beş illik proqram təqdim etməyə hazırlaşır. 

Fidan SALMANOVA,

“Xalq qəzeti”

İKT