Avropa çempionatında Azərbaycanı 36 cüdoçu təmsil edəcək

post-img

İyunun 8-də Sloveniyanın Podçetrtek şəhərində start götürəcək cüdo üzrə veteranlar arasında Avropa çempionatına qatılacaq Azərbaycan təmsilçiləri bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından "Xalq qəzeti"nə  verilən məlumata görə, ölkə üç gün davam edəcək yarışda yeddi yaş kateqoriyası üzrə 36 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Fərhad Rəcəbli komandanın rəhbəri olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

 

"Xalq qəzeti"

İdman