Azərbaycan dünya çempionatını medalsız başa vurdu

post-img

Bu gün Bakıda keçirilən taekvondo üzrə sayca 26-cı dünya çempionatında son gündür. Bu gün qadınlar  arasında 53 kq, kişilərin garışında isə +87 kq çəki dərəcələrində taekvondoçular mübarizəyə qoşulublar.

Taekvondo üzrə Azərbaycan milli komandasının üzvü  Həmidrza Bədriəliabadi çempionata qələbə ilə başlayıb. O, onaltıdabir finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci döyüşündə ilə fransalı Omar El Yazidini sınağa çəkib. Bu görüşdə də üstün tərəf Azərbaycan taekvondoçusu olduğu üçün təmsil imiz dörddəbir final mərhələsinə adlayıb. Dörddəbir finalda  Türkiyə təmsilçisi Emre Kutalmış Ateşli ilə qarşılaşıb. Gərgin keçən qarşılaşmanın birinci raundunda Türkiyə təmsilçisi qələbə qazanıb. İkinci raundda təmsilçimiz Həmidrza Bədriəliabadi hesabı bərabərləşib. Lakin üçüncü raundda Emre Kutalmış Ateşli yenidən təşəbbüsü ələ alaraq döyüşdə üstün tərəf olub. Bununla da Türkiyə taekvondoçusu növbəti mərhələyə adlayıb. Bədriəliabadi isə finala gedən yolda mübarizəni dayandırmalı olub.

Yığma komandanın daha bir idmançısı Səmərrux Osmanova isə onaltıdabir finalda livanlı Mariella Bou Habib ilə qarşılaşıb. 21 hesabı ilə qalib gələn Livan tarkvondoçusu növbəti mərhələyə yüksəlib. Səmərrux Osmanova isə çempionatı erkən tərk edib. 

Qeyd edək ki, dünya çempionatında 145 ölkədən 949 idmançı 16 dəst medal uğrunda mübarizə aparır. Artıq 14 dəst medal sahibini tapıb. Bu gün daha bir cüt medal sahibinə qismət olacaq.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman