Premyer Liqada mövsüm başa çatdı

post-img

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında  mövsümün soturu başa çatıb. Peşəkar Futbol Liqasının məlumatına görə, 2022-2023-cü illər çövsqmqnqn son turunda çempion “Qarabağ" “Turan Tovuz”u sınağa çəkib.  “Azersun Arena”dakı oyunda "köhlən atlar" 3:1 hesablı qələbə qazanıblar. 

“Qarabağ”ın qollarını Redon Cica, Leandro Andrade və Musa Qurbanlı vurublar "Turan Tovuz" klubunun heyətində isə Runi Eva fərqlənib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Sumqayıt”ı 3:0 məğlub edib. “Qəbələ” “Kəpəz”lə 1:q hrsablı sülhə imza atıb. “Səbail” “Şamaxı”ya, “Neftçi” isə “Sabah”a minimal hesabla (1:0)  qalib gəliblər.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman