Zöhrə Ağamirova bürünc medal qazanıb

post-img

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında bürünc medala sahib olub.

Gimnastımızın top ilə final çıxışı hakimlərdən 32,850 xal alıb.

İtaliyalı gimnast Sofia Raffaeli 33,650 xalla yarışı birinci, Bolqarıstan idmançısı Stiliana Nikolova 33,350 xalla ikinci pillədə başa vurublar.

“Ulduz kimi parla” şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparır.

Xatırladaq ki, gənclərdən ibarət qrup komandamız çempionatın ilk günündə çoxnövçülükdə və beş topla yarışlarda bürünc medal qazanıb. Böyüklərdən ibarət komandamız da çoxnövçülükdə üçüncü olub.

"Xalq qəzeti"

İdman