"Mançester Siti" finalda - 4:0

post-img

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub. İngiltərənin Mançester şəhərinin "Etihad" stadionunda keçirilən matçda ikinci finalçının adına aydınlıq gəlib.

Belə ki, görüşün ilk dəqiqələrindən sürətli hücumlar quran "Mançester Siti" komandası 23-cü dəqiqədə rəqibin qapısına yol tapmağı bacarıb. Silva Kevin de Bruynenin ötürməsini məharətlə qola çevirməyi bacarıb-1:0. 37-ci dəqiqədə Silva yenidən dubl edərək özünün və komandasının ikinci qolunu vurub-2:0.
İlk hissə bu hesabla yekunlaşıb.

Qeyd edək ki, qarşılıqlı hücumlar şəraitində keçən matçın ilinci hissəsində meydan sahibləri üstünlüyü bir qədər də artırıblar. Belə ki, matçın 76-cı dəqiqəsində "Real"ın futbolçusu Eder Militao müdafiədə kobud səhvə yol verərək avtoqola imza atıb. Bununla da meydan sahibləri hesabda 3:0 irəli çıxıblar. Lakin ardıcıl hücumlar quran İngiltərə təmsilçisi matçın əsas vaxtına edilmiş ilk atırma idəqiqəsində (90+1) hesabı 4:0- çatdırıb. Bu dəfə "Mançester Siti"nin heyətində  Alvarez adını tabloya yazdırıb. Beləliklə matç meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman