“MateBook” E 2023 noutbuk–planşetdir

post-img

“Huawei” şirkəti mayın 18-də növbəti təqdimat tədbirini keçirəcək. Xarici medianın verdiyi xəbərə görə, həmin tədbirdə bir sıra yeni məhsulların təqdim ediləcəyi gözlənilir. Qeyd olunur ki, yeni məhsullar arasında MateBook noutbukları da olacaq.

Hazırda isə şirkət həmin yeni noutbuklardan birinin xa­rici görünüşünü sərgiləyib. Söhbət, MateBook E 2023-dən gedir. Qeyd etmək lazımdır ki, bu cihaz həm noutbuk, həm də planşet rolunda çıxış edəcək. Cihaz 120 Hz-lik təsvir yenilənməsinə sahib IPS ekran ilə təchiz olunacaq və ek­ran stilus dəstəyinə sahib olacaq. 

Mediada yayılan məlumata əsasən, MateBook E 2023 Windows 11 vasitəsilə çalışacaq.

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat