Sabah"  liderlə xal fərqini azaldıb

post-img

Bu gün furbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun açılış oyunu çərçivəsində "Sabah" klubu  Qəbələdə Gəncənin "Kəpəz" komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda Bakı təmsilçisi qalib gəlib. 

Qeyd edək ki, "Sabah"ın  qollarını 4-cü dəqiqədə Aleksey Kaşuk, 16-cı dəqiqədə Emmanuel Apeh və 83-cü dəqiqədə Davit Volkov vurublar.

Bu qələbə ilə xallarını 77-yə çatdıran "Sabah" lider "Qarabağ"la fərqi yenidən 4-ə endirib. 29 xalı olan "Kəpəz" isə 7-ci sıradadır.

Onu da əlavə edək ki, turun "Şamaxı" - "Zirə" matçı mayın 6-da, "Turan Tovuz" - "Neftçi" və "Sumqayıt" - "Səbail" görüşləri 7-də, "Qarabağ" - "Qəbələ" oyunu isə  8-də keçiriləcək.

Elçin AĞAMİRZƏ,
"Xalq qəzeti"

İdman