Arkadi Dvorkoviç Bakıya gəlir

post-img

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıya səfərə gələcək. Azərbaycan Şahmat Federasiyasının məlumatına görə, FIDE prezidentinin səfərində əsas məqsəd ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etməkdir.

Qeyd edək ki, Arkadi Dvorkoviç səfər zamanı Bakıda bir sıra mühüm görüşlər keçirəcək.
 
Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman