Azərbaycan Kubokunun nominal meydan sahibi müəyyənləşib

post-img

Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, Azərbaycan Kubokunun final matçının nominal meydan sahibini müəyyənləşdirməsi üçün püşk atılıb. Mərasimdə PFL-in texniki-idman direktoru Elgiz Abbasov, “Neftçi” futbol klubununun baş meneceri Qədir Həsənov, “Qəbələ” idman klubununun meneceri Məhəmməd Əzizli iştirak ediblər. Püşkün nəticəsinə əsasən, “Bakcell Arena”da keçiriləcək həlledici qarşılaşmanın nominal meydan sahibi “Neftçi” futbol klubu olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final matçı iyun ayının 3-ü, saat 20.00-da start götürəcək.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman