Pakistanlı gənc lider Prezidentlə görüşdü

post-img

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Qarabağda – Şuşada “Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə” adlı Beynəlxalq konfrans təşkil olunub. Azərbaycan-Pakistan Məzunlar Assosiasiyasının sədri Qaiser Nevvab da qonaq qismində konfransda iştirak edib.    

Görüşdə Q.Nəvvab ulu öndərin siyasətini fəal şəkildə davam etdirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib, hakimiyyətdə olduğu illərdə dahi şəxsiyyət Heydər Əliyevin Pakistanla sıx münasibətlərindən və ölkəsinə verdiyi töhfələrə görə bu əlaqələri yüksək qiymətləndirməsindən söz açıb. 

Q.Nəvvab, həmçinin beynəlxalq ictimaiyyətin iştirakı ilə Azərbaycanla bağlanmış müqavilələrin ermənilər tərəfindən pozulmasının qarşısını almaq üçün bu sahədə Avropa və beynəlxalq ictimaiyyət tərəfindən görüləcək işlər, BMT və digər beynəlxalq təşkilatların da bu mövzu haqqında hansı addımlar atacağı barəsində də danışıb. 

Prezident İlham Əliyev Qaiser Nəvvabın ölkəmizə və Qarabağa verdiyi dəyəri və Azərbaycanın ədalətli mövqeyini gördüyü işlərlə daim dəstəklədiyini yüksək qiymətləndirərək, Azərbaycanın regional sülh və ədalətlə bağlı mövqeyinin digər dost ölkələr tərəfindən də dəstəklənməsinin vacibliyini vurğulayıb. 

Görüşün sonunda Q.Nəvvab Pakistanın müstəqilliyinin 75 illiyi ilə əlaqədar buraxılmış, üzərində milli qəhrəmanların təsviri olan 75 rupilik xüsusi xatirə əskinasını Prezident İlham Əliyevə təqdim edib. 

Fidan HÜQUQQIZI,

“Xalq qəzeti”

Son xəbərlər